Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci, 1-ci dərəcəli medalları və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə mükafatlandırılıb. 

Bu münasibətlə iyul ayının 15-də Daxili Qoşunlarının Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib. 

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.

General-leytenant Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları təbrik edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova dərin  minnətdarlığını bildirib. Daxili Qoşunların Komandanı əminliklə bildirib ki, şəxsi heyət bundan sonra da göstərilən etimadı doğruldacaq, Vətənin, dövlət və dövlətçiliyimizin sadiq keşikçisi kimi verilən bütün əmr və göstərişləri tam və keyfiyyətlə yerinə yetirəcəkdir.

Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 269 nəfər (144 nəfər - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 74 nəfər - 2-ci dərəcəli, 29 nəfər - 1-ci dərəcəli, 22 nəfər isə  “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları) təltif edilib.





Çap et  Çap et