19 03 2016 Daxili Qoşunların Baş İdarəsində hərbi qulluqçuların mükafatlandırılma mərasimi keçirilib

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 24-cü ildönümü münasibətilə müvafiq əmrlərə əsasən, respublikamızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş, həmçinin xidmətdə xüsusilə fərqlənmiş, yüksək peşə hazırlığı, nümunəvi hərbi intizam nümayiş etdirmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb

16 03 2016 Daxili İşlər Naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 16-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsinin meydanında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.