03 08 2015 Yeniyetmələr yay düşərgəsinə yola salınıblar

Artıq ənənə halını alan, DİN-in Daxili Qoşunlarının və Səbail rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqlarının, təhsildə, idmanda fərqlənən şagirdlərinin, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan yeniyetmələrin Quba şəhərində yerləşən "Şahinlər" yay düşərgəsində istirahəti təşkil edilir.