Daxili Qoşunların digər şəhid hərbi qulluqçusu sıravi Mirsaleh Ağayev 1964-cü il noyabrın 3-də dünyaya göz açıb.

Vətənin igid oğlu Mirsaleh Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Vətənə, torpağa olan sonsuz bağlılığı döyüşlərdə Mirsalehə mənəvi güc və qüvvət verirdi. Mirsaleh hər dəfə döyüşə girəndə sanki, düşməni son nəfərinədək məhv edəcəyinə inanırdı.

Lakin 1992-ci il avqustun 14-də özü düşmən gülləsinə tuş gəldi. M.Ağayev aldığı ağır yaradan dünyasını dəyişdi. Beləliklə, Ağdərə rayonunun işğalçılardan təmizlənməsi uğrunda gedən qanlı döyüşlər zamanı Vətənin Mirsaleh adlı daha bir oğlu şəhidlik zirvəsini fəth etdi.

Qeyd edək ki, R.Əliyev və M.Ağayev qəsəbədəki 239 saylı orta məktəbin məzunu olmuşlar. Şəhidlərimizin həyat və döyüş yolu bu gün təhsil alan məktəbli yeniyetmələr üçün də əsl qəhrəmanlıq nümunəsidir. Məhz şəhidlərimizin timsalında sabahın əsgərləri - şagirdlərimiz Vətəni sevməyi öyrənir, vətənpərvər ruhda tərbiyə olunurlar.        
Son olaraq, yazımı ümummilli lider Heydər Əliyevin şəhidlərimiz barədə dediyi fikirləri ilə bitirmək istəyirəm: “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daima yaşayacaqdır”.