Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur və o, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməlidir. "Hərbi vəzifə və Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun Həqiqi hərbi xidmətə çağrış fəsilinin, 12-ci maddəsinə əsasən, Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağrılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının fərmanına əsasən, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə olduğu kimi, DİN-in Daxili Qoşunlarında da ildə 4 dəfə olmaqla, Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət xidməti tərəfindən ayrılmış çağrışçıların qəbulu həyata keçirilir.

Daxili Qoşunlarda çağrışçıların qəbulu DİN-in 13 noyabr 2013-cü il tаriхli Qərаrı ilə təsdiq еdilmiş "DİN-in Dахili Qоşunlаrındа hərbi çаğrışçılаrın sеçilməsi qаydаlаrı hаqqındа" təlimаta uyğun olaraq,  məhkumluğun yохlаnılmаsı, fərdi xüsusiyyətlərinin öyrənilməsi, mənəvi-psiхоlоji durumun qiymətləndirilməsi və genişləndirilmiş tibbi müаyinənin аpаrılmаsının nəticələrindən sonra həyata keçirilir.

 Çаğrışçılаrın bu təlimаtа uyğun оlаrаq sеçilməsində əsаs məqsəd sаğlаmlıq vəziyyətinə, mənəvi-psiхоlоji durumunа, ümumi dünyа-görüşünə, şəхsi və işgüzаr kеyfiyyətlərinə görə аsаyişin qоrunmаsı və ictimаi təhlükəsizliyin təmin еdilməsi, insаnlаrın hüquq və аzаdlıqlаrının cinаyətkаr qəsdlərdən müdаfiəsi və qаnunvеriçiliklə müəyyən оlunmuş digər funksiyаlаrın icrаsınа cəlb еdilməsi mümkün оlmаyаn şəхslərin Dахili Qоşunlаrdа hərbi хidmətə qəbulunun qаrşısını аlmаqdır.
 
Qəbuldan sonra gənc əsgərləri hazırlayan tədris bölmələri yaradılır. Daxili Qoşunların gənc əsgərlər hazırlayan tədris bölmələrinin döyüş və ictimai-siyasi hazırlığı "Daxili Qoşunların Statusu haqqında" Azərbaycan Respublikasının Qanununun, Daxili İşlər Nazirinin və Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanının əmr, direktiv və göstərişlərinin, həmçinin digər rəhbər sənədlərin tələbləri əsasında planlaşdırılır və keçirilir. Bölmələrin tədris dövrü 5 (beş) həftədən ibarətdir.

Həftə ərzində bölmələrin təlimlə bağlı fəaliyyətinin planlaşdırılması "Gənc əsgərlər hazırlayan tədris bölmələri həftəlik fəaliyyət təqvimi"nə əsasən həyata keçirilir. Gənc əsgərlərlə təlim prosesi onların bölməyə qəbulundan 3 (üç) günlük "Sıraya daxilolma mərhələsi"ndən və tədris taqımlarının komplektləşdirilməsindən sonra başlanır. Hər tədris dövründə atıcılıq məşqləri və atışlar planlaşdırılaraq icra olunur. Şəxsi heyətin hazırlanması bilavasitə təlim obyektlərində, Daxili Qoşunların Təlim mərkəzində və poliqonlarında həyata keçirilir.

 Şəxsi heyətin öyrədilməsində praktiki məşğələlərə üstünlük verilir, gənc əsgərlərin hazırlanması zamanı əsas diqqət fərdi hazırlığa yönəldilir. Təlimin məqsədi gənc əsgərlərə ibtidai və ümumhərbi hazırlığın öyrədilməsindən ibarətdir.

Məşğələlərin gedişində tədrisin yeni və müasir forma və üsullarından istifadə  olunur, bu zaman fiziki yükün tədricən artırılmasına diqqət yetirilir. Kursu bitirəndən sonra əsgərlər Dövlət Bayrağı Meydanında - müqəddəs Azərbaycan Bayrağı onündə təntənəli şəkildə hərbi andı qəbul edərək daimi xidmət yerilərinə yola salınırlar.

Tədris dövründə gənc əsgərlər Daxili Qoşunların tarixini əks etdirən Muzeyilə tanış olur, mədəni-kütləvi gəzintilərə cəlb edilirlər. Muzeydə olarkən əsgərlərə Daxili Qoşunların tarixi, keçdiyi döyüş yolu, inkişaf mərhələləri haqqında geniş məlumat verilərək vətənpərvərlik hissini tərənnüm etdirən söhbətlər aparılır. Həmçinin gənc əsgərlərlə Daxili Qoşunların Veteranlar şurasının və digər veteran birliklərinin nümayəndələrinin, eləcə də ziyalı şəxslərin görüşləri təşkil edilir.