Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilsinlər:

 

“Vətən uğrunda” medalı ilə:

Ağayev Məzahir Telman oğlu – polkovnik

Hüseynov Nəsir Cavanşir oğlu – polkovnik 

 

“İgidliyə görə” medalı ilə:

Bayramov Səxavət Allahverdi oğlu – əsgər (ölümündən sonra)

 

“Hərbi xidmətlərə görə” medalı ilə:

Dəmirov Rüstəm Nadir oğlu–polkovnik

İsmayılov Rasim Cəmil oğlu – polkovnik

Nəzərov Zahid Qulam oğlu – polkovnik

Ağayev Soltan Məmmədşah oğlu – polkovnik-leytenant

Baxşıyev Fərhad Tofiq oğlu – polkovnik-leytenant

Balayev Malik Beriya oğlu – tibb xidməti polkovnik-leytenantı

Cəfərov Asəf Gündüz oğlu – polkovnik-leytenant

Cəfərov İqbal Qiyas oğlu – polkovnik-leytenant

Heydərov Şəmsəddin Səftər oğlu – tibb xidməti polkovnik-leytenantı

Hüseynov Elbrus Feyzulla oğlu – polkovnik-leytenant

Mahmudov Elman Cahandar oğlu – polkovnik-leytenant

Məmmədov Akif İsmayıl oğlu – polkovnik-leytenant

Nağıyev Aydın Şahin oğlu – polkovnik-leytenant

Rüstəmov Faiq Səməndər oğlu – polkovnik-leytenant

Söhrabi Araz Abdulla oğlu – polkovnik-leytenant

Hüseynov Azər Təvəkkül oğlu – mayor

Mamedov Rəşadət Səfəralı oğlu – mayor

Məmmədov Elşən Tağı oğlu – mayor

Rəhimov Zeynal Əmirxan oğlu – mayor

Məstəliyev Nəsimi Aydın oğlu – kapitan

Quliyev Natiq Vəli oğlu – baş gizir

Qafurov Rüstəm Kasimoviç – gizir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2015-ci il.

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

“Azərbaycan Bayrağı” ordeni ilə

Məmmədov Şahin İsgəndər oğlu - general-leytenant

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2019-cu il. 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:


“Vətən uğrunda” medalı ilə

Hüseynov Tofiq Vaqif oğlu – general-mayor

Muradov İnqilab Heydər oğlu – general-mayor

 

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant

Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant

Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant

Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant

Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant

Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant

Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant

Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant

Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı

Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant

Əliyev Hüseyn Ağasəf oğlu – mayor

İsmayılov Ceyhun Təbriz oğlu – mayor

Məmmədov Kamran Kamil oğlu – mayor

Quliyev Qəşəm Qalib oğlu – kapitan

Yusifov Məmməd Ələkbər oğlu – kapitan

Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2020-ci il. 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 “Qarabağ” ordeni ilə

Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2020-ci il. 

 

Daxili Qoşunların 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin xronologiyası

 Yanvarın 9-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-polkovnik Atilla Gülanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq münasibətləri, nəzərdə tutulan perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Yanvarın 17-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində olub. O, hərbi hissəyə ümumi baxış keçirmiş, şəxsi heyətin sosial-məişət şəraiti və xidməti-döyüş fəaliyyəti ilə maraqlanmışdır. Yanvarın 18-də isə Daxili Qoşunların Komandanı Şəki şəhərində yerləşən hərbi hissədə şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmış, əsgər valideynlərini qəbul edərək onların müraciətlərini dinləmişdir.

Yanvarın 19-dan 24-dək Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Baş Kadrlar və Planlaşdırma - prinsiplər İdarələrinin zabitlərindən ibarət nümayəndə heyəti Daxili Qoşunlarda rəsmi səfərdə olublar. Səfərin əsas məqsədi Jandarm Qüvvələri ilə Daxili Qoşunlar arasında kadr məsələləri üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Yanvarın 21-də isə nümayəndə heyəti Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovla görüşüb.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov yanvarın 25-də Qoşunların Qubada yeləşən hərbi hissəsinə səfər edib və xidməti-döyüş fəaliyyətinin təşkili, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olub.

Regionlara səfəri çərçivəsində fevral ayının 1-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində olub. Daxili Qoşunların Komandanı hərbi hissədə keçirilən xüsusi-taktiki təlimi izləyib, şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

Fevralın 3-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.  Fevralın 6-dək davam edən səfər çərçivəsində o, Türkiyə Respublikasının Jandarm Baş Komandanı ordu generalı Servet Yörük, Hərbi Akademiyalar Komandanı ordu generalı Yalçın Ataman, Jandarm Təlim Komandanı general-polkovnik İbrahim Yaşar, Jandarm Məktəblər Komandanı general-leytenant Ali Lapanta, Ankara Jandarm Bölgə Komandanı general-mayor Musa Çitil və digər vəzifəli şəxslərlə, həmçinin İstanbul şəhərində yerləşən Hərbi Akademiyada təhsil alan azərbaycanlı zabitlərlə də görüşüb.

Fevralın 15-də Dövlət Bayrağı Meydanında gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib, onlara səmimi, cəsur və intizamlı, daim Vətənin müdafiəsinə hazır olmağı, bir sözlə, Azərbaycan əsgərinə xas olan bütün xüsusiyyətləri özlərində formalaşdırmağı tövsiyə edib.

Fevralın 16-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Qoşunların “N” saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşüb. Görüşün təşkil olunmasında əsas məqsəd valideynlərin müraciətlərinin, mövcud şərait barədə onların fikirlərinin dinlənilməsi olub.

Fevralın 22-də Daxili Qoşunların şərəfli döyüş yolu keçmiş “N” saylı hərbi hissəsinin 25-ci ildönümü təntənəli şəkildə qeyd olunub. Tədbirdə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanının təbriki şəxsi heyətə çatdırılıb.

Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ərəfəsində “N” saylı hərbi hissənin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilib. Bu münasibətlə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov iştirak edib.

Martın 12-də Daxili Qoşunların yaranmasının 22-ci ildönümü münasibətilə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə respublikanın Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini  general-leytenant Vahid Əliyev də iştirak ediblər. Tədbirdə xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və hərbi rütbələr təqdim edilib.

Martın 12-də Daxili Qoşunların yaranmasının 22-ci ildönümünü təntənəli şəkildə qeyd edən Daxili Qoşunların şəxsi heyəti dövlətçilik tariximizin, dövlət atributlarımızın öyrənilməsində müstəsna əhəmiyyət kəsb edən Dövlət Bayrağı Meydanında olub.

Martın 15-də Daxili Qoşunların Baş İdarəsinin bir qrup zabiti Heydər Əliyev Mərkəzini ziyarət edib, burada Ulu Öndərə aid maraqlı faktlar, foto və video materiallar, eləcə də digər ünikal eksponatlarla tanış olublar.

Aprelin 6-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Qoşunların “N” saylı hərbi hissəsində şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təhcizatı, eləcə də ərazidə aparılan quruculuq-abadlıq işləri ilə yaxından maraqlanıb.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov növbəti dəfə - aprelin 13-də, 20-də və 27-də Qoşunların bir sıra hərbi hissələrində olub, əsgər valideynləri ilə görüşüb, onların müraciətlərini dinləyib.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov aprelin 16-da Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinə səfər edib, xidməti-döyüş fəaliyyətinin təşkili, sosial-məişət şəraiti, təlim-tədris yerləri, əsgər yataqxanaları, tibb məntəqəsində olan şəxsi heyətin səhhəti ilə yaxından tanış olub.

Aprelin 18-də Daxili Qoşunların “N” saylı hərbi hissəsində hərbi xidmətə yeni qəbul olunmuş gənc əsgərlərlə “Böyük Vətən Müharibəsində Qələbənin 69 illiyi” mövzusunda görüş keçirilib. Görüşdə Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Ramiz Axundov, II Dünya Müharibəsi veteranı Mehdi Mehdiyev, Pedoqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Nəsirov və hərbi hissə komandanlığı iştirak edib.

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə iştirak ediblər.

Mayın 17-də Daxili Qoşunların sıralarına yeni daxil olan gənc əsgərlərin andiçmə mərasimi  keçirilib. Mərasimdə Hərbi andı qəbul etmiş gənc əsgərlərə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanının təbriki çatdırılıb.

Müharibə şəraitində yaşayan ölkəmizdə xüsusilə gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi məqsədilə, may ayının 17-də Bakı şəhəri 12 saylı peşə liseyinin şagirdlərinin Qoşunların “N” saylı hərbi hissəsinə gəzintisi təşkil olunub. Şagirdlər burada hərbi qulluqçular üçün yaradılmış hərtərəfli şəraitlə tanış olublar.

Mayın 27-də Respublika Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qoşunların “N” saylı hərbi hissəsində təntənəli mərasim keçirilib. Daxili Qoşunların Komandanlığı və Səbail rayon rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri və Qoşunların şəxsi heyəti iştirak ediblər.

Mayın 28-də Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş 12 mərtəbəli, 102 mənzilli, ümumi sahəsi 9500 kvadrat­metr olan yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov iştirak edib.

Mayın 30-dan etibarən Daxili Qoşunların rəsmi internet səhifəsi (“www.dq.mia.gov.az”) işə başlayıb. İnternet səhifəsinin yaradılmasında əsas məqsəd Daxili Qoşunların ictimaiyyətlə əlaqələrinin səmərəliliyinin artırılması, habelə Qoşunların həyatında baş vermiş yeniliklər barədə cəmiyyətin mütəmadi olaraq daha dolğun məlumatlandırılmasından ibarətdir.

İyunun 6-da Daxili Qoşunların Ali Hərbi Məktəbinin gizir hazırlayan kursun 11-ci mərhələ məzunlarının buraxılış mərasimi keçirilib. Mərasimdə DQBİ-nin vəzifəli şəxsləri ilə yanaşı, Daxili Qoşunlarda ezamiyyətdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin zabitləri də iştirak ediblər.

İyunun 10-da Türkiyə Respublikası Jandarm Baş Komandanlığının nümayəndə heyəti Daxili Qoşunlarda səfərdə olub. Polkovnik İbrahim Enver Sunqurun rəhbərlik etdiyi nümayəndə heyətini Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Şirin Xəlilov qəbul edib. Görüşdə iki qurum arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən məmnunluq ifadə olunub.

İyunun 10-da Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin (MVBHİB) təşəbbüsü ilə Daxili Qoşunların Ali Hərbi Məktəbində kursantlar və şəxsi heyət üçün "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlıq nümunələri" mövzusunda tədbir keçirilib.

İyunun 13-də Milli Gimnastika Arenasında start götürmüş Bədii Gimnastika üzrə Avropa çempionatına iyunun 15-də yekun vurulub. Tədbirin keçirildiyi arenanın istər daxilində, istərsə də bayır əhatəsində ictimai asayişin təmini polis orqanlarının əməkdaşları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yüksək səviyyədə həyata keçirilib.

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.

İyunun 27-də Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş, rejissor Yalçın Verdiyev tərəfindən lentə alınmış “Adına yaraşan oğul” sənədli filminin təqdimatı olub. Tədbirdə Milli Məclisin deputatları Asim Mollazadə, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Milli qəhrəmanlar - Qorxmaz Eyvazovun, Gültəkin Əsgərovanın, Rasim İbrahimovun və Məzahir Rüstəmovun ailə üzvləri, dostları və KİV nümayəndələri iştirak ediblər.

İyulun 9-da Daxili Qoşunların Ali Hərbi Məktəbində Döyüş Bayrağının təqdim olunması və hərbi məktəb məzunlarının buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov iştirak edib.

İyul ayının 18-də Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan 9 nəfərdən ibarət daha bir heyətinin fəaliyyət müddəti başa çatıb. Bu münasibətlə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov heyətlə görüşüb, onlara göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.

İyul ayının 19-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov “N” saylı hərbi hissədə xidmətə yeni qəbul olunan gənc əsgərlərlə görüşüb. O, Daxili Qoşunların qarşısında duran vəzifələr haqda geniş məlumat verərək, gənc əsgərlərə xidmətə məsuliyyətlə yanaşmağı tövsiyə edib.

İyulun 20-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov “N” saylı hərbi hissədə gənc əsgərlərin valideynləri ilə görüşüb. Daxili Qoşunlarda hərbi xidmət, şəxsi heyət üçün yaradılmış şərait haqqında geniş məlumat verilən görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb.

Avqustun 1-də “N” saylı hərbi hissənin yaranmasının 5-ci ildönümü təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə şəxsi heyətə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının təbriki çatdırılıb, xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulanıb.

Avqustun 4-dən 6-dək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə olub, hərbi hissənin döyüş hazırlığı, təlim-tədrisin vəziyyəti, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə maraqlanıb.

Avqustun 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında, rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqlarının, təhsildə və idmanda fərqlənən şagirdlərinin Quba şəhərində yerləşən «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinə yola salınma mərasimi keçirilib. Avqustun 15-də yeniyetmələrin yay istirahəti başa çatıb.

Avqustun 16-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilib. Vətənə sədaqət andı içdikdən sonra, gənc əsgərlərə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının təbriki çatdırılıb.

Avqust ayının 27-də və 28-də Qoşunların  “N” saylı hərbi hissələrinin yaranma günləri qeyd edilib. İldönüm münasibətilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı tərəfindən hər iki hərbi hissənin şəxsi heyətinə təbrik məktubu ünvanlanıb.

Avqustun 26-dan 29-dək polkovnik Zekeriya Demirdağın rəhbərlik etdiyi Türkiyə Respublikası Jandarm Baş Komandanlığının nümayəndə heyəti Daxili Qoşunlarda səfərdə olub. Nümayəndə heyətini Daxili Qoşunlar Komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov qəbul edib. Səfər çərçivəsində Jandarm Baş Komandanlığının zabitləri Daxili Qoşunların Ali Hərbi Məktəbində və “N” saylı hərbi hissələrdə hərbi qulluqçular üçün yaradılmış hərtərəfli şəraitlə tanış olublar.

Sentyabr ayının 1-də Daxili Qoşunların “N” saylı hərbi hissəsinin ərazisində yerləşən və hər cür şəraitə malik uşaq bağçasında tədris ilinin açılış mərasimi keçirilib.

Sentyabrın 4-də Daxili Qoşunların Baş İdarəsində keçirilmiş tədbirdə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı və Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunmuş hərbi qulluqçuları təbrik edib.

Sentyabrın 4-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Türkiyə Jandarm Qüvvələrinin zabitləri polkovnik Eyyüp Şekeri və yeni fəaliyyətə başlayan polkovnik İzzet Cüralı qəbul edib. Görüşdə general-mayor Ş.Məmmədov polkovnik Eyyüp Şekerə uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib və onu “Xidmətdə fərqlənməyə görə” döş nişanı ilə təltif edib. O, yeni müşavir polkovnik İ.Cürala isə gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.

Sentyabrın 9-da Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəisləri iştirak ediblər.

Sentyabrın 12-də Daxili Qoşunların Ali Hərbi Məktəbində ilk dəfə olaraq kursantların təntənəli şəkildə andiçmə mərasimi keçirilib. Tədbirdə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı, Baş İdarənin yüksək rütbəli zabitləri və valideynlər iştirak ediblər.

Sentyabrın 15-də Daxili Qoşunların Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilib. Tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olmuş kursantlara Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının təbrik və tövsiyələri çatdırılıb.

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-dan 18-dək Belarus Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində general-mayor Ş.Məmmədov Belarus Respublikasının Daxili İşlər Naziri, milis general-mayoru İqor Şuneviç və Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Yuri Karayevlə görüşüb. Görüş zamanı Belarusun və Azərbaycanın müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edilib.

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirak edib.

Oktyabrın 20-də mayor Münir Yüksel Gürfilizin başçılıq etdiyi Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Nümayəndə heyəti dörd gün ərzində Daxili Qoşunların Baş İdarəsinə, Ali Hərbi Məktəbə, eləcə də bir sıra hərbi hissələrə səfər edib. Səfərin məqsədi gənc əsgərlərin hərbi xidmətə adaptasiya prosesini öyrənmək, bu istiqamətdə görülən işlərlə tanışlıqdan ibarət idi.

Noyabrın 2-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun yoxlanılması məqsədilə qoşunların Bakı şəhərində yerləşən hərbi hissələrindən birində olub və gənc əsgərlərlə görüşüb.

Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələri Baş Komandanı, ordu generalı Abdullah Altayın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 12-də Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovla görüşüb. Görüşdə iki qurum arasında daima genişlənməkdə olan dostluq əlaqələri və əməkdaşlıq münasibətlərinin inkişafı müzakirə edilib.

Noyabrın 15-də Daxili Qoşunların Bakı şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilib. Mərasimdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli hərbi qulluqçular, Qoşunların Veteranlar Şurasının üzvləri, həmçinin əsgər valideynləri iştirak ediblər.

Noyabr ayının 19-da “N” saylı hərbi hissənin yaranmasının 20-ci ildönümü böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı şəxsi heyəti təbrik edib.

Noyabrın 22-də Daxili Qoşunların Baş İdarəsində Nümunəvi-göstərici Hərbi Orkestr yaranmasının 20 illik yubileyi münasibətilə şəxsi heyət qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsertdə Daxili Qoşunların Komandanlığı, eləcə də Baş İdarənin və Bakı şəhərində yerləşən hərbi hissələrin hərbi qulluqçuları iştirak ediblər.

Dekabr ayının 16-da Daxili Qoşunların mətbu orqanı “Əsgər” qəzetinin 22 yaşı tamam olub.

 

                                                            Daxili Qoşunlarda xidmət

 Hər il "12 Mаrt Dахili Qоşunlаr Günü" - DİN-in Dахili Qоşunlаrının bütün hərbi hissələrində böyük təntənə ilə qеyd еdilir.  Аrtıq 22 il аrхаdа qаldı. Bu ilər ərzində qоşunlаrımız vəzifələrindən irəli gələn tаpşırıqlаrın öhdəsindən böyük rəşаdətlə gələrək, dаhа əzəmətli, dаhа güclü оlduğunu nümаyiş еtdirmişdir. Zаmаn bахımındаn qısа оlаn bu illəri Dахili Qоşunlаr müstəqil dövlətimizlə birgə аddımlаdı. Qоşunlаrın tаriхi müstəqil Аzərbаycаnın аyrılmаz bir hissəsidir.

Dахili Qоşunlаr Ümummilli Lidеrimiz Hеydər Əliyеvin söz və əməl vəhdəti, хüsusi diqqət və qаyğısı ilə fоrmаlаşmış, inkişаf еtmiş, yüksək döyüş hаzırlığı оlаn pеşəkаr bir qurumа çеvrilmişdir. Tаriхimizə nəzər sаlsаq, görərik ki, 22 illik səlnаməmizin hər səhifəsində ulu öndərin fəаliyyəti vаr. Dахili Qоşunlаr müstəqil Аzərbаycаnın həmyаşıdı kimi yаrаnmа, fоrmаlаşmа və inkişаf dövrünü məhz Hеydər Əliyеvlə birgə, оnun tövsiyələrinə, göstərişlərinə istinаd еdərək kеçmişdir. Ulu Öndərin Аzərbаycаnın Prеzidеnti оlduğu dövrdə cinаyətkаrlığа qаrşı mübаrizə, dövlət və dövlətçiliyimizə  yönəlmiş müхtəlif təхribаtlаrın qаrşısının аlınmаsı, əminаmаnlığın, аsаyişin qоrunmаsı istiqаmətində bir sırа vəzifələri müəyyən еdən «Dахili Qоşunlаrın Stаtusu hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnunu qəbul оlundu. Şəхsi hеyətin dövlətə, dövlətçiliyə sədаqətli хidmətini dəfələrlə yüksək qiymətləndirən Ümummili Lidеr Hеydər Əliyеv hərbi qulluqçulаrın sоsiаl təminаtının yахşılаşdırılmаsı üçün sərəncаmlar imzаlаmış, Vətənin ən yüksək mükаfаtlаrı ilə təltif еtmişdir.

Bu gün Dахili Qоşunlаrın şəхsi hеyəti Ümummilli Lidеrimizə еhtirаm, məhəbbət, оnun əvəzsiz idеyаlаrınа sədаqət ruhundа tərbiyə оlunur. Dахili Qоşunlаrdа dünən də, bu gün də, sаbаh dа хidmət edəcək hərbi qulluqçulаr böyük öndərin qоşunlаrın inkişаfı, dünyа stаndаrtlаrınа uyğun bir qurum kimi fоrmаlаşmаsı üçün göstərdiyi diqqət və qаyğını hеç vахt unutmаyаcаq, hər zаmаn minnətdаrlıqlа хаtırlаyаcаqdır.

Hеydər Əliyеv idеyаlаrını həyаtа kеçirən, оnun Silаhlı Qüvvələrə, о cümlədən Dахili Qоşunlаrа diqqət və qаyğısını Аzərbаycаn Rеspublikаsının Prеzidеnti, Silаhlı Qüvvələrin Аli Bаş Kоmаndаnı cənab İlhаm Əliyеv uğurlа dаvаm еtdirir. Dахili Qоşunlаrın mаddi-tехniki və sоsiаl bаzаsının yüksək səviyyədə təchizаtı bu qаyğının rеаl təzаhürüdür.

Hər il Dахili Qоşunlаrın sırаlаrınа gənc nəsil dахil оlur. Оnlаr şəхsi hеyətin, cəmiyyətin və dövlətin mənаfеyini, vətəndаşlаrın kоnistitusiyа hüquqlаrını qоruyurlаr. Təbii ki,  Daxili Qoşunların cəlb olunduğu bütün tədbirlər konkret qаnuna əsaslanıb.

Daxili Qoşunların vəzifələri 8 fevral 1994-cü il tarixli "Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Qanuna uyğun olaraq, Daxili Qoşunlar ona həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur.

Eyni zamanda Daxili Qoşunlar mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını və xüsusi yükləri mühafizə edir.

Daxili işlər orqanları ilə birlikdə ictimai asayişin qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması da Daxili Qoşunların əsas vəzifələrindəndir. Həmçinin Daxili Qoşunlar təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı insanların xilas edilməsi, sahibsiz qalmış əmlakların mühafizəsi və ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməkdə daxili işlər orqanlarına köməklik göstərir.

Daxili Qoşunların vəzifələrindən biri də zərurət olduqda Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etməkdir.

Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Daxili Qoşunların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin döyüş təliminin real şəraitə uyğun keyfiyyətlə təşkili və keçirilməsi diqqət mərkəzindədir.

Bütün bunlar yalnız bir məqsədə - Daxili Qoşunların vəzifələrinin icrasına hazırlığının yüksək səviyyədə saxlanmasına xidmət edir.

Şərəf, şücаət, cəsurluq, məsuliyyət! Bu, Dахili Qоşunlаrın hərbi qulluqçularının dахilində fоrmаlаşаn, оnlаrı dаhа dа ləyаqətli Vətən kеşikçisi оlmаğа ruhlаndırаn əvəzsiz kеyfiyyətlərdir!

Dахili güc, dахili qüvvət - ictimаi аsаyişin, sаbitliyin qоrunmаsındа, cinаyətkаrlıqlа mübаrizədə bu kеyfiyyətlər dаhа çох uğurlаrа yоl аçır. Sаdə vətəndаş dа, dövlət də hərbi qulluqçularımızın məhz dахili gücünə, qüvvəsinə inаnır.

22 illik хidmət yоlu bir dаhа sübut еdir ki, Dахili Qоşunlаr həmişə əmin-аmаnlığın аsаyişin sаdiq kеşikçiləri оlаrаq qаrşısındа durаn dövlət əhəmiyyətli хidməti-döyüş tаpşırıqlаrının öhdəsindən gəlməyə hаzırdır və qаdirdir.

Bu, Dахili Qоşunlаrdır: Həmişə хаlqın içində, хаlqа dаhа yахın оlаn qоşunlаr - sırаlаrındа yüzlərlə igid insаnlаrı birləşdirən Qоşunlаr!

 

Daxili Qoşunlar: atəşkəsdən sonrakı 20 ildə keçilən yola baxış

 Bu il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs elan olunmasından 20 il ötdü. 1994-cü ilin may ayının 12-də imzalanan atəşkəs razılaşması Ermənistan-Azərbaycan sərhədində, habelə Ermənistan hərbi qüvvələrinin işğal etdiyi ərazilərimizdən keçən təmas xəttində döyüşlərin başa çatması ilə nəticələndi.O vaxt Azərbaycanın Daxili Qoşunlarının böyük sayda kontingenti Füzuli rayonunun ərazisində cəmləşmişdi. Atəşkəs elan olunanadək həmin istiqamətdə uğurlu Horadiz əməliyyatından sonra heç bir ciddi irəliləyiş əldə olunmamışdı.Buna baxmayaraq, cəbhə xəttinin o sahəsində düşmənin əks hücumlarının qarşısı alınmış, mövqeləri əldə saxlamağa nail olunmuşdu.O günlərdə Daxili Qoşunların döyüşlərdə iştirak edən şəxsi heyətinin mənəvi-psixoloji durumunda müsbət dönüş yaranmışdı. Hərbi qulluqçularımızın Cəbrayılın Cocuq Mərcanlı kəndini də düşməndən təmizləyərək döyüş üstünlüyünü ələ alması, 1993-cü ilin ağır döyüşlərindən sonra özünə inamın bərpa olunması Daxili Qoşunların Qarabağ müharibəsi salnaməsində rəğbət doğuran, xatırlanmağa layiq faktlardan biridir.

1994-cü ilin may günündə atəşkəsin uzunmüddətli olacağını, torpaqlarımızın bu qədər vaxt işğal altında qalacağını heç kəs düşünə bilməzdi. Aydındır ki, bu gerçəklik ölkəmizin iradəsinə bağlı məsələ deyil. Ötən 20 ildə biz sülhün çətin yolunu keçmişik. Azərbaycan çox gərgin diplomatik mübarizədə, siyasi-ideoloji qarşıdurmada öz sözünü deyə bilib. Ərazisinin bir hissəsi işğal olunmuş dövlət kimi heç bir təzyiqə boyun əyməyib, saysız-hesabsız çətinliklərə baxmayaraq, güclü iqtisadiyyat qurub, demoqrafik üstünlüyünü daha da artırıb. Ən əsası  isə ordu quruculuğu baxımından  atəşkəs dövründən məqsədyönlü və səmərəli şəkildə istifadə olunub.

Atəşkəs dövründə ölkəmizin ordu quruculuğundakı prosesləri geniş təhlil etmək fikrim yoxdur. Mən bu proses çərçivəsində Daxili Qoşunların nailiyyətlərini, mühüm inkişaf göstəricilərini nəzərdən keçirmək istəyirəm.

Ötən zaman kəsiyində, demək olar ki, Daxili Qoşunlar yenidən formalaşmağa başlayıb. Daxili Qoşunların fəaliyyətinin hüquqi-normativ bazası yaradılıb. Sovet dövründən qalma direktiv, əmr və təlimatlar, nizamnamə və əsasnamələr öz qüvvəsini itirib.

Daxili Qoşunların hərbi hissələrinin maddi-texniki bazası möhkəmləndirilib, bir sıra regionlarda yeni hərbi hissələr yaradılaraq ictimai təhlükəsizlik sistemində öz yerini tutub. Bundan əlavə, Daxili Qoşunların çevik eskadrilya bölmələri formalaşdırılıb. Bu da onun döyüş potensialını kifayət qədər artırıb. Hərbi qulluqçularımız paraşütdən tullanmada da öz məharətini göstərib və bu sınaqdan alnıaçıq çıxıblar.

Ötən illərdə beynəlxalq əməkdaşlıq əlaqələri genişlənib, Daxili Qoşunların hərbi qulluqçularının ayrı-ayrı ölkələrdə hərbi təhsil alması, təkmilləşmə kursu keçməsi yönündə addımlar atılıb. Bəzi hərbi qulluqçularımız xaricdəki hərbi təhsil müəssisələrində yüksək təlim nəticələri nümayiş etdiriblər. Beynəlxalq əlaqələr çərçivəsində xidmətin müxtəlif istiqamətləri üzrə xarici həmkarlarla faydalı təcrübə mübadiləsi aparılıb.

Şəxsi heyətin qidalanması, geyim təchizatı, tibbi təminatı müasir tələblər səviyyəsinə çatdırılıb. Əsgərlər üçün yeni kazarmalar inşa olunub, zabit və gizirlərin, onların ailə üzvlərinin istifadəsinə yeni yaşayış binaları verilib, eyni zamanda onların istirahərini yüksək səviyyədə təmin etmək üçün  mərkəz yaradılıb.

Daxili Qoşunların vəzifələrinin uğurla icra olunması üçün müvafiq təlim-tədris proqramları işlənib, təlim vəsaitləri yenilənib, müasir texnologiyalardan istifadə olunmasına başlanıb.

Mərhələ-mərhələ, öncə zabit və gizirlər üçün tədris mərkəzinin, sonra kiçik zabitlər hazırlayan orta ixtisas hərbi məktəbinin və nəhayət, Ali Hərbi Məktəbin yaradılması ötən dövr üçün Daxili Qoşunların mühüm inkişaf göstəricilərindən sayıla bilər.

Ötən müddətdə Daxili Qoşunların şəxsi heyətinin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Elə bu məqsədlə, habelə Daxili Qoşunların tarixini əks etdirmək üçün müvafiq muzeyin yaradılması təqdirəlayiq nailiyyətdir. Həmçinin bu illərdə Daxili Qoşunların Qarabağ müharibəsində insani və maddi itkilərinin, habelə döyüşlərdə iştirak etmiş hərbi hissələrin qiymətli təcrübəsinin müəyyən tədqiqatları da aparılıb. Ancaq bu proses yekunlaşmayıb.

Qeyd olunan dövrdə Daxili Qoşunların emblemi, döyüş bayrağı və döş nişanı təsdiq edilib. Bütün hərbi hissələrə döyüş bayrağı təqdim olunub və şəxsi heyətə döyüş bayrağının müqəddəsliyi aşılanıb.

Təhlil etdiyim o illərdə idman uğurlarına da imza atmışıq. Peşəkar idmançı hərbi qulluqçularımız arasında Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında qalib olaraq ölkəmizin bayrağını qaldıranlar xalqımızın fəxridir.

Göstərilən nailiyyətlərə rəğmən, Daxili Qoşunların nüfuzunu formalaşdıran, peşəkar imicini yaradan əsas faktor xidməti-döyüş fəaliyyətində qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirilməsi olub. Bu gün də belədir.

Vətəndaşlarımızın əmin-amanlığını təhdid edən, ictimai asayişə təhlükə yaradan silahlı cinayətkarların, terrorçu qrupların zərərsizləşdirilməsi, ayrı-ayrı vaxtlarda paytaxt və bəzi bölgələrdə kütləvi iğtişaşların qarşısının alınması, dövlət əhəmiyyətli tədbirlərdə ictimai təhlükəsizliyin təmin olunması, təbii fəlakətlər zamanı xilasetmə işlərində fəal iştirak edilməsi, mühüm dövlət obyektlərinin etibarlı qorunması ictimai rəydə “onlara güvənmək olar” mövqeyinin səslənməsini reallığa çevirib.

Atəşkəs dövründə Daxili Qoşunlar əsasən asayiş qoşunu kimi funksiyalarını geniş tətbiq etsə də, döyüş gücü və əzmi geriləməyib. Şəxsi heyət bu gün də hər bir sınaqdan keçməyə qadirdir. 

 

Güclü əsgər olmaq hədəfi

 Döyüşdə zəfərin qazanılmasının əsas ağırlığı əsgərlərin çiyinlərinə düşür. Hər bir əsgər bir sipərdir. Bu sipərlərin cəmi bir ordu gücü yaradır. Güclü ordu güclü əsgərdən başlayır. Əgər güclü əsgər olmaq hədəfi yoxdursa, şəxsi heyətlə aparılan təlim-tərbiyə işi öz əsas oriyentirini itirmiş olar. Ümumiyyətlə, hərbi xidmət, xidməti-döyüş fəaliyyəti güc faktoruna söykənir. Ona görə də güclü olmaq, güc daşıyıcısı kimi formalaşmaq, gücdən düzgün, yetərli qədər və labüd şəraitdə istifadə etmək mühüm amillərdir. Güclü əsgər anlayışı fiziki məharət, döyüşçü peşəkarlığı, iradəli xarakter, əqidə dönməzliyi kimi bünövrələrin vəhdətini təcəssüm etdirir. Hərb tarixi göstərir ki, güclü əsgər tələbatı ödənmədikdə, bu ehtiyac təmin edilmədikdə istənilən bir dövlət və xalq üçün ölüm-qalım dilemması ilə üz-üzə qalmaq məcburiyyəti yaşana bilər.

Ölkəmizin müharibə təcrübəsi də bir çox ibrət dərslərini öyrənməyi diqtə edir. Bəli, döyüş meydanlarında güclü, cəsur və fədakar əsgərlərimiz az olmayıb. Onların hünəri, mərdlik örnəyi bugünkü əsgərlərə dolğun çatdırılmalıdır. Bu oğullar düşmənin gözünü qorxudub, iradəsini ram edib, onu vahiməyə salıb, geri çəkilməsinə müvəffəq olub və nəhayət, məhv edilməsində şücaət nümunələri göstərib. Ancaq etiraf etməliyik ki, döyüşmək üçün gücü yetməyən, iradəsi zəif, qorxaqlıq göstərən əsgərlərimiz də olub. Onlardan bəziləri fərarilik yolunu tutub, hətta düşmənə əsir də düşüb. Bəziləri də döyüşdə canlı hədəf olmaqla özünü və döyüşçü yoldaşlarını zərbə altında qoyub. Müharibənin sərt üzü var və kimin kim olduğunu, istər-istəməz, ortaya çıxarır. Əslində, elə güclü əsgər olmaq hədəfini həyati zərurətə çevirən faktor müharibə sınağıdır. Güclü olmayan əsgər müharibə sınağından uğurla keçə bilməz.

Hər bir əsgər “mən son nəfəsimədək vətənimə sadiq olacağam” amalı ilə xidmət etməlidir. Əsgər bilməlidir ki, dövləti, xalqı onun dayağıdır və o da mənsub olduğu dövlətin, xalqın şərəfini uca tutmalıdır.

Qarabağ müharibəsində öz komandirini düşmən gülləsindən qorumaq üçün sinəsini qabağa verən əsgərlərimiz olub. Onların bu misilsiz igidliyi onu göstərir ki, vətən əsgərinin vətənpərvərliyi, hərbi andına sədaqəti, onu tərbiyə etmiş və ona təlim vermiş komandirə ehtiramı ağır sınaq anında həlledici rol oynayıb. Göründüyü kimi, güclü əsgər yetişdirmək hədəfini reallığa çevirən vətənpərvər əqidəli komandirlərdir. Güclü əsgər hazırlaya bilən komandir döyüş meydanında məğlubiyyət acısını yaşamayacaq.

Əsgərin güclü olmasına ruh verən əsas amillərdən biri də onun ailəsidir. Əsgər ailəsi sarıdan arxayın olmalıdır, valideynlərinin, bacı-qardaşlarının mənəvi dəstəyini hiss etməlidir. Hətta istədiyi qızın vəfası, onun kişilik məktəbi keçməsinə rəğbət göstərməsi, həsrətlə yolunu gözləməsini ifadə etməsi əsgərə mənəvi güc verir.

Güclü əsgər olmaq hədəfinə aparan yollardan biri də əsgəri qardaşlıqdan keçir. Əsgəri qardaşlıq hərbi xidmət şəraitində formalaşan və möhkəmlənən mənəvi bağlılıqdır, öz silahdaşına güvənc yaradan döyüşçü keyfiyyətidir. Əsgər anlamalıdır ki, döyüş vərdiş və üsullarına mükəmməl yiyələnmək üçün fərdi əzmkarlıqla yanaşı, onun əsgər yoldaşlarının təlim dəstəyi, birgə çalışqanlığı, taktiki fəndləri birlikdə mənimsəmə bacarığı da xüsusi rol oynayır. Səninlə eyni hərbi forma geyinən, təlimdə birgə tər tökən, sırada hərbi marş oxuyub addımlayan, xidməti tapşırıqların yerinə yetirilməsində qarşılıqlı fəaliyyət göstərən əsgər yoldaşına dəyər vermək lazımdır.

Əsgəri güclü edən həm də onun silahıdır, istifadə etdiyi digər döyüş vasitələridir. Ona görə də əsgərin silahın, texnikanın sirlərinə mükəmməl yiyələnməsi ilə yanaşı, “silah yalnız düşmənə qarşı tuşlana bilər” əqidəsinin aşılanması da çox vacibdir. Əldə silahın olması cəsurluq üçün kifayət etmir, düşmənin də əlində silah var. Önəmli olan cəsarət, çeviklik, gücü toparlamaq, hədəfə inadla can atmaq, dözümlü olmaq, təlimdə məşq edilənləri özünü itirmədən tətbiq etmək, döyüş ruhunu qoruyub saxlamaqdır.

Son günlər düşmənlə təmas xəttində ön mövqelərə basqını dəf edərkən igid əsgərlərimiz şəhid oldu.Yaranmış vəziyyət bir daha göstərdi ki, işğal olunmuş torpaqların azad olunması vətən əsgərinin gücünə və şücaətinə bağlıdır. Hansı qoşun növündə hərbi xidmət keçməsindən asılı olmayaraq hər bir əsgər öz döyüş hazırlığını qoruyub saxlamalı və təkmilləşdirməlidir. Güclü əsgərin əsas cəhəti müdafiədə möhkəm dayanması və hücumda məğlubedilməz olmasıdır. O, öz gücünə inanmalı, amalındakı ədalətə güvənməli, xalqının xeyir-duasından ruhlanmalıdır.

Hərbi strateqlərdən biri deyib ki, güclü olmayan əsgər döyüşçü deyil, o, özü bir hədəfdir. Bu həqiqəti heç vaxt unutmamalıyıq. Biz bu gün daha böyük inam hissi ilə deyə bilərik ki, güclüyük, çünki güclü əsgərlərimiz var.

Yalçın Abbasov                                                                                                                               Daxili Qoşunların Veteranlar Şurasının katibi

 
 
Hərbi xidmətin formalaşdırdığı ən mühüm keyfiyyətlər
 
Əsgər Kamran Aşurov 1993-cü il aprel ayının 12-də Gəncə şəhərində anadan olub. 2010-2014-cü illərdə Milli Aviasiya Akademiyasının “Avianəqliyyat istehsalatı” fakültəsində ali təhsil alıb.
 
Əsgər Anar Kərimov isə 1993-cü il fevral ayının 17-də Goranboy rayonunun Dəliməmmədli kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi iqtisadiyyat” fakültəsində ali təhsil alıb.
 
Hər iki hərbi qulluqçumuz 2014-cü ilin iyul ayından "N" saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. Xidmətləri ərzində müsbət keyfiyyətləri, çalışqanlıqları, həmçinin, bilik və bacarıqları nəticəsində həm komandirlərinin, həm də yoldaşlarının xüsusi hörmətini qazanmağa nail olublar. 
 
Müddətli həqiqi hərbi xidmətə başlamazdan öncə hərbçi peşəsi barədə yalnız nəzəri cəhətdən məlumatlı olduğunu deyən əsgər K.Aşurov artıq əsgərlik dövründə praktik olaraq silah-sursatlarla tanış olduğunu, bir neçə silah növünün taktiki-texniki xüsusiyyətlərini, eləcə də onlardan düzgün istifadə qaydalarını öyrəndiyini qürur hissi ilə nəzərə çatdırdı. O, hərbi xidmətin onda formalaşdırdığı ən mühüm keyfiyyətlərdən biri kimi özünəinam hissini qeyd etdi.
 
Əsgər A.Kərimov da əsgər yoldaşı ilə həmfikir olduğunu bildirdi. Əlavə etdi ki, bütün sadalanan keyfiyyətlərlə yanaşı, həm də fiziki cəhətdən hazırlıqlıdırlar. Fiziki və daxili iradələri qarşılaşdıqları hər bir çətinliyin öhdəsindən asanlıqla gəlməyə imkan verir. 
 
İnanırıq ki, nümunəvi xidmətilə seçilən hərbi qulluqçularımız hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərdən mülki həyatda da bəhrələnəcək, cəmiyyətdə layiqli mövqe tutacaqlar.
 
                                                    
 
 
 
Məsuliyyətli, bacarıqlı və savadlı hərbi qulluqçularımız
 
Əsgər Murad Baxşıyev 67987 saylı hərbi hissənin nizam-intizamlı hərbi qulluqçularından biridir. O, 1996-cı il martın 3-də Şirvan şəhərində anadan olub. Orta təhsillidir. 2014-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hazırda patrul taqımında xidmət edir. Hissə komandanlığı Muradın çox bacarıqlı olduğunu bildirir.
 
Bölük komandiri baş leytenant Rahib Cəfərov onu xarakterizə edərkən söylədi ki, əsgər M.Baxşıyev biliyi, cəsarəti, çalışqanlığı ilə öz yoldaşlarına daim örnəkdir: “Əsgər M.Baxşıyev vəzifə borclarını, ona təhkim olunmuş silahın taktiki-texniki xüsusiyyətlərini dərindən bilir və istənilən tapşırığı vaxtında və layiqincə yerinə yetirir. Hər zaman ona göstərilən etimadı doğrultmağa çalışır”. Hərbi qulluqçumuz nümunəvi xidmətinə, eləcə də 2014-cü ilin  2-ci yarımilinin nəticələrinə görə hərbi hissə komandanlığı tərəfindən “Təşəkkür”lə mükafatlandırılıb. Əsgər M.Baxşıyev Daxili Qoşunların sıralarında Vətənə xidmət etməyi özü üçün böyük şərəf hesab edir. O, ictimai-siyasi biliklərin, habelə döyüş hazırlığının artırılması üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə fəallıq göstərir. Atəş və fiziki hazırlıq məşğələlərində isə xüsusilə müsbət cəhətdən fərqlənir.
 
Əsgər M.Baxşıyev bundan sonra da Daxili Qoşunların sıralarında qalacağını, Vətənə sədaqətlə xidmət edəcəyini vurğuladı. Əsgərimizə bundan sonrakı xidməti fəaliyyətində uğurlar arzulayırıq. 

 Əsgər Elməddin Bayramov Daxili Qoşunların 16076 saylı hərbi hissəsinin mühafizə bölüyündə müddətli həqiqi hərbi xidmətdədir. O, 1995-ci ildə iyulun 15-də Balakən rayonunun Qazma kəndində anadan olub. Orta məktəbi 2009-cu ildə boya-başa çatdığı kənddə bitirən E.Bayramov, hazırda mühafizə bölüyünün qarovul xidmətində fəallığı ilə seçilən əsgərlərdən biridir. Yüksək fiziki hazırlığı ilə yoldaşlarına nümunə olan hərbi qulluqçumuz döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün keçirilən məşğələlərdə davamlı uğurlar qazandığına görə bölük komandiri tərəfindən dəfələrlə mükafatlara layiq görülüb. Bölük komandiri kapitan Elnur Haqverdiyev əsgər E.Bayramovun verilən tapşırıqların icrasına olduqca məsuliyyətlə yanaşdığını dedi. Kapitan E.Haqverdiyev bir komandir kimi ona güvəndiyini vurğuladı. Əsgər E.Bayramovun istər fiziki hazırlıq, istərsə də atəş məşğələlərində müsbət nəticələr göstərdiyini deyən bölük komandiri, onu eyni zamanda sözün əsl mənasında vətənpərvər əsgər kimi xarakterizə etdi. Vətəninə, torpağına ürəkdən bağlı olan əsgər E.Bayramov öz fikirlərini bizimlə bölüşdü: "Ən böyük arzum torpaqlarımızın tezliklə işğaldan azad edilməsidir. Ərazi bütövlüyümüzün bərpası naminə lazım gələrsə, son damla qanımadək döyüşməyə hazıram. Mərdlik, cəsarət bizə döyüş meydanında lazımdır. Vətənpərvər insan üçün Vətənin hər qarışı əzizdir”.