1. Mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edirlər;

2. Mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edirlər;

3. Mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;

4. Islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərirlər;

5. Mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;

6.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi-texniki və hərbi təchizat idarələrinin anbarlarını və hərbi bazalarını mühafizə edirlər;

7. Digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində  patrul-post xidməti vasitəsi ilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər;

8. Qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməkdə daxili işlər orqanlarına kömək göstərirlər;

9. Yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edirlər;

10. Zərurət olduqda Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak edirlər;

Daxili Qoşunlara başqa vəzifələr ancaq  qanunla həvalə edilə bilər.