1994-cü il iyul ayında Qazax-Ağstafa və Zaqatala-Balakən bölgələrində qaçaqmalçılığa qarşı mübarizə məqsədilə aparılan xüsusi əməliyyatda qoşunların şəxsi heyəti iştirak etmiş, bu zaman mühüm nəticələr əldə olunmuşdur.

1996-cı il dekabrın 8-də Quba-Bakı avtomobil yolunun Saray qəsəbəsi yaxınlığındakı sahəsində qurulmuş postda xidmət aparan "N" saylı hərbi hissənin bir qrup hərbi qulluqçusu “QAZ-24” markalı avtomobili ələ keçirən, vətəndaşları girov götürən silahlı cinayətkarların zərərsizləşdirilməsi üzrə xüsusi tapşırığı bacarıq və cəsarətlə yerinə yetirib. Nəticədə silahlı müqavimət göstərən cinayətkarlardan biri yaxalanıb, digəri aldığı yaralardan keçinib, girovlar isə azad olunublar.

1996-cı ilin dekabr ayında Elçin Əmiraslanovun başçılıq etdiyi silahlı cinayətkar dəstənin yaxalanmasında "N" saylı hərbi hissənin xüsusi təyinatlı bölüyünün hərbi qulluqçuları cəsurluq nümunəsi göstərərək, tapşırığı qətiyyətlə yerinə yetirmişlər.

1999-cu ilin yanvar ayında Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin Qobustan qəsəbəsində yerləşən qapalı həbsxanasında baş vermiş fövqəladə hadisə zamanı həbsxanada daxili qayda-qanunun bərpası üzrə xüsusi əməliyyatda qoşunların şəxsi heyəti iştirak etmiş və üzərinə düşən tapşırıqları peşəkarlıqla yerinə yetirmişdir.

2000-ci ilin noyabr ayında Şəki şəhərində baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında qoşunların "N" saylı hərbi hissəsinin şəxsi heyəti qətiyyət və peşəkarlıq göstərmiş, qarşıya qoyulan tapşırıqlar yerinə yetirilərək, asayiş bərpa edilmişdir.

2001-ci ilin iyun-sentyabr aylarında Zaqatala-Balakən rayonları ərazisində kriminogen durum kəskin şəkildə pisləşmişdir. Həmin ilin iyun ayının 30-da silahlı cinayətkarlar qoşunların "N" saylı hərbi hissəsinə basqın etmişlər.
Avqustun 19-da isə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları quldurlar tərəfindən atəşə tutulmuşdur.  Bölgədə bir sıra terror aktları törədən silahlı cinayətkarların axtarılaraq zərərsizləşdirilməsi məqsədilə keçirilən xüsusi əməliyyatda "N" saylı hərbi hissə qarşıya qoyulan tapşırıqları mətinlik və fədakarlıqla yerinə yetirmişdir.

2002-ci il dekabr ayının 6-da "N" saylı hərbi hissənin şəxsi heyətinin iştirakı ilə Qusar rayonu ərazisində silahlı cinayətkarların zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirilmişdir. Bu silahlı cinayətkarlar mülki şəxsin idarə etdiyi avtomaşını ələ keçirmiş, habelə Qusar şəhərində zərgərlik dükanını qarət edərək, satıcını qətlə yetirmişlər. Cinayətkarlar zərərsizləşdirilərkən silahlı müqavimət göstərmişlər. Xüsusi əməliyyat nəticəsində silahlı cinayətkarlardan biri yaxalanmış, digərləri məhv edilmişdir.

2003-cü ilin oktyabr ayının 15-16-da Bakıda radikal müxalifət qüvvələrinin təhriki ilə kütləvi iğtişaşlar törədilmişdir. Kütləvi iğtişaşların qarşısının alınması, paytaxtda ictimai asayişin və təhlükəsizliyin bərpa olunmasında Daxili Qoşunların şəxsi heyəti qətiyyət və qorxmazlıq göstərmiş, qanunazidd hərəkətlərə son qoyulmuşdur.

2005-ci il fevralın 15-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 11 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhkum itaətsizliklə müşayiət olunan etiraz aksiyası keçirmişdir. Etiraz aksiyası keçirən məhkumlar müəssisədə saxlanma qaydalarına zidd olan tələblər irəli sürmüş, müxtəlif əşyalarla silahlanmış, digər məhkumlara fiziki və psixoloji təsir göstərməklə onları da itaətsizliyə məcbur etmişlər. Onlar həmçinin müəssisədə yanğınlar törətməyə cəhd göstərmişlər. İğtişaş törədən məhkumlar əldə etdikləri metal parçaları, kəsici-deşici əşyalarla digər məhkumların, habelə müəssisə əməkdaşlarının həyat və sağlamlığı üçün real təhlükə yaratmışlar.

Yaranmış vəziyyətlə əlaqədar fevralın 16-da Daxili Qoşunların şəxsi heyəti 11 saylı cəzaçəkmə müəssisəsində normal fəaliyyətin bərpa olunması, iğtişaşların qarşısının alınması üzrə xüsusi əməliyyata cəlb olunmuşdur. Xüsusi əməliyyat zamanı qanunvericiliyə uyğun olaraq xüsusi vasitələr tətbiq edilmişdir. Görülmüş tədbirlər nəticəsində cəzaçəkmə müəssisəsində daxili qayda-qanun bərpa olunmuşdur.
Respublika Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə planına əsasən cəzaçəkmə müəssisələrində qayda-qanunun bərpa edilməsi, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, habelə məhkumlarda və obyektlərdə saxlanması qadağan olunan əşyaların, eləcə də cinayətlərin törədilməsinə hazırlığın aşkar edilməsi məqsədilə 2005-ci il fevralın 19-da bir sıra cəzaçəkmə müəssisələrində qoşunların şəxsi heyətinin iştirakı ilə əməliyyat-rejim tədbirləri keçirilmişdir. Bununla əlaqədar DQBİ-nin və hərbi hissələrin şəxsi heyətindən ibarət tərkibdə xüsusi qruplar yaradılmış və təyinatı üzrə fəaliyyətə başlamışdır. 2, 6, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində, habelə Qobustan qapalı həbsxanasında məhkumların üstünə və saxlandiğı binalara baxış keçirilmişdir. Baxış zamanı müxtəlif növ və sayda deşici və kəsici əşyalar, küt alətlər, istifadəsi qadağan olunan cihazlar aşkar olunaraq götürülmüşdür.

2008-ci ilin avqust ayında Qusar rayonu ərazisində cinayətkar qrupun zərərsizləşdirilməsi üzrə aparılan xüsusi əməliyyat zamanı Daxili Qoşunların şəxsi heyəti cinayətkarların axtarışı üzrə xüsusi əməliyyatlarda, silah sursatın tapılıb zərərsizləşdirilməsində fədakarlıq, əzmkarlıq və qətiyyət göstərmişlər.

2009-cu ildə qoşunların şəxsi heyəti respublikanın bir sıra rayonlarında tədbirlər zamanı ictimai asayişin, eləcə də Zaqatala və Quba rayonlarında vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, habelə Hacıqabul şəhərində təbii fəlakətin qarşısının alınmasında, Ağdaş rayonunda isə silahlı cinayətkarın axtarılması və tutulması üzrə keçirilən xüsusi əməliyyatda yerli daxili işlər orqanlarının əməkdaşlarına köməklik göstərmişdir.   

2010-cu ildə Qoşunlar qəflətən qarşıya çıxan və əlavə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmaqla şəxsi heyət respublikanın bir sıra rayonlarında kütləvi tədbirlər zamanı ictimai asayişin, həmçinin Zaqatala, Sabirabad və Tərtər rayonlarında vətəndaşların hüquqazidd qəsdlərdən qorunması və təhlükəsizliyini təmin etmişdir. Bununla yanaşı, Sabirabad, İmişli, Salyan, Hacıqabul və Saatlı rayonlarında təbii fəlakətin qarşısının alınmasında şəxsi heyət fəal iştirak etmişdir.

2011-ci ilin dekabr ayının 25-də Lənkərаn rаyоnunun Nərimаnabad kəndində Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə kənd sakinləri arasında qanunsuz balıq ovu ilə əlaqədar olaraq bаş vеrmiş kütləvi iğtişаşın qаrşısının аlınmаsındа Daxili Qoşunlаrın Lənkaranda yerləşən N saylı hərbi hissənin şəxsi hеyəti qətiyyət və pеşəkаrlıq göstərmiş, qаrşıyа qоyulаn tаpşırıqlаr yеrinə yеtirilərək, аsаyiş bərpа еdilmişdir.

2012-ci ilin mart ayının 1-də radikal müxalifət qüvvələr Quba rayonunun İcra Hakimiyyətinin başçısının çıxışlarının birində rayon əhalisinin ünvanına deyilmiş sözləri  bəhanə gətirərək, rayon sakinlərini yerli hakimiyyət orqanlarına itaətsizlik göstərməsinə təhrik etmiş və  icazəsiz mitinqin keçirmişdilər. Yaranmış vəziyətlə əlaqədar Quba şəhərində polis əməkdaşları ilə birgə ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunması üçün Daxili Qoşunlаrın Qubada yerləşən N saylı hərbi hissənin şəxsi hеyəti Qubа şəhərində bir qrup şəxsin qаnunаzidd hərəkətlərinin qаrşısını аlаrаq qаrşıyа qоyulmuş tаpşırığı uğurlа yеrinə yеtirmiş və rayonda аsаyiş bərpа оlunmuşdur.

2013-cü ilin yanvar ayının 23-də İsmayıllı rayonunda ictimai asayişin kütləvi şəkildə pozulması ilə müşayiət olunan məlum hadisələr zamanı ictimai təhlükəsizliyin təmin olunması üzrə xüsusi əməliyyatın keçirilməsinə Daxili Qoşunların şəxsi heyəti cəlb olunmuş və qarşıya qoyulan bütün xidməti-döyüş tapşırıqları yerinə yetirilərək ictimai asayiş bərpa olunmuşdur.

2013-cü ilin oktyabr ayının 16-da Qusar rayonunda, noyabr ayının
24-də isə Zaqatala şəhərində baş vermiş cinayət hadisəsi ilə bağlı silahlı cinayətkarın axtarılması və zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatlarda Daxili Qoşunların şəxsi heyəti fəal iştirak edərək cəsarət və qorxmazlıq nümayiş etdirmiş, qarşıya qoyulan bütün xidməti-döyüş tapşırıqlarının öhdəsindən yüksək peşəkarlıqla gəlmişdirlər.