Daxili Qoşunların Muzeyi haqqında məlumat.

Daxili Qoşunların Muzeyi Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının 09 fevral 2008-cu il tarixli əmri ilə yaradılmışdır. Muzeyin yaradılmasında məqsəd Daxili Qoşunların tarixini, inkişaf mərhələlərini, keçdiyi döyüş yolunu və xidməti - döyüş fəaliyyətində qazandıqları nailiyyətləri tərənnüm etdirməkdir.

 Muzey «N» saylı hərbi hissənin ərazisində 2 mərtəbəli bina olmaqla, 2 böyük, 4 kiçik zaldan, muzey fondundan və muzey rəhbərinin iş otağından ibarətdir.

1-ci mərtəbədə yerləşən böyük zalda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daxili Qoşunların ilk döyüşə başladığı gün 12 mart tarixinin onun yaranma günü kimi qeyd olunması barədə 9 mart 1995-ci il tarixli fərmanı, «Daxili Qoşunların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş Daxili Qoşunların vəzifələri əks olunmuş lövhələr, qaya parçaları üzərində Qoşunların şəxsi heyətinin döyüş əməliyyatlarında istifadə etdiyi silahlar, Daxili Qoşunların Azərbaycan Demokratik Respublikası dövründə «Yardım alayı» adı ilə mövcud olması barədə məlumatlar və eksponatlar, alaya rəhbərlik etmiş tanınmış ictimai-siyasi xadim Yusif Ziya Talıbzadənin həyatı və fəaliyyəti, 1992-ci il tarixdə Daxili Qoşunların canlı qüvvələrinin Ağdərə, Ağdam və digər rayonların müdafiəsi uğrunda döyüşlərə cəlb olunması barədə Daxili Qoşunların Komandanının əmrləri, zirehli texnikanın müşayiəti ilə manqanın hücuma keçməsi və Daxili Qoşunların Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı iştirak etdiyi bölgələr göstərilmiş kompozisiyalar, ilk döyüşə cəlb olunmuş 200 nəfərə qədər şəxsi heyətin və hərbi hissənin komandanlığının adlı siyahısı, Füzuli rayonunun Horadiz sərhədyanı yaşayış məntəqəsi uğrunda gedən döyüşlər zamanı 5 nəfər hərbi qulluqçumuzun düşmən texnikası qarşısından çəkilməyərək qəhrəmancasına həlak olma səhnəsi simvolik olaraq göstərilmişdir.


Birinci kiçik zalda Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının şəkilləri, şəxsi əmlakları və döyüşlər zamanı istifadə etdikləri ləvazimatlar əks olunmuşdur.

İkinci kiçik zalda Daxili Qoşunların Ağdam, Ağdərə və Füzuli rayonlarının müdafiə edilməsində döyüş yolunu əks etdirən foto şəkillər, şəxsi əmlaklar, döyüşlər zamanı istifadə olunmuş rabitə avadanlıqları və s. ləvazimatlar yerləşdirilmişdir.

2-ci mərtəbədə olan Böyük zalda xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin Daxili Qoşunlara göstərdikləri diqqət və qayğını əks etdirən güşə yaradılmışdır. Burada Ümummilli Lider H.Əliyevin "Daxili Qoşunların statusu haqqında" Qanunun təsdiq edilməsi barədə Fərmanı, Daxili Qoşunların hərbi qulluqçularının mükafatlandırılması haqqında fərmanları, müdrik kəlamları, həyat və failiyyətini əks etdirən kitablar, Prezident İlham Əliyevin 12 mart 2005-ci il tarixdə Daxili Qoşunların hərbi hissələrinə səfərləri əks etdirən fotoşəkillər, ordu quruculuğu haqqında söylədiyi kəlamlar, fərmanlar, sərəncamlar və digər eksponatlar yerləşdirilmişdir.



 Birinci kiçik zalda Daxili Qoşunların əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi xüsusi əməliyyatlar, xüsusi-taktiki təlimlər, 1999-cu il tarixdə Qobustan qapalı islah əmək müəssisəsində və 2005-ci il tarixdə 11 saylı islah əmək müəssisəsində keçirdikləri xüsusi əməliyyatlar və həmin tədbirlərdə istifadə olunan xüsusi vasitələr, geyim dəstləri və s. eksponatlar, həmçinin Daxili Qoşunların inkişafını əks etdirən fotoşəkillər lövhələrdə yer almışdır.

İkinci kiçik zalda Daxili Qoşunların Beynəlxalq əlaqələrinə həsr edilmiş tədbirlər və görüşləri əks etdirən fotoşəkillər, beynəlxaq təşkilatlar tərəfindən verilmiş eksponatlar, Azərbaycan Pespublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında Azərbaycan Pespublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə və Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına dair Protokol haqqında 1998-ci il tarixli Respublika Prezidentinin sərəncamı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlıq, dotluq əlaqələri barədə söylədiyi fikirlər,  tövsiyələr əks olunmuşdur.


Ümumiyyətlə, Daxili Qoşunların muzeyində iki kompazisiya və 650 ədəd eksponat yer almışdır.

Muzey öz fəaliyyətini Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Muzeyinin Əsasnaməsi"nin tələblərinə uyğun olaraq həyata keçirir, vəzifələrini yerinə yetirərkən digər muzeylər, yaradıcılıq ittifaqları, elmi-tədqiqat, təhsil və mədəniyyət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Qiymətli əşyaların qeydiyyatı və qorunmasını, muzeyin profilinə uyğun toplu və ekspozisiya işlərinin aparılmasını təşkil edir.

 

 
 
GƏNC ƏSGƏRLƏRİN DAXİLİ QOŞUNLARIN MUZEYİNƏ ZİYARƏTİ 
 
 Daxili Qoşunların tarixi, formalaşma dövrü, vəzifələri, o cümlədən torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq nümunələri barədə geniş məlumat əldə etmək məqsədilə yanvarın 31-də gənc əsgərlər Qoşunların "N" saylı hərbi hissəsinin ərazisində yerləşən muzeydə olublar. Baş leytenant Anar Əhmədov gənc əsgərləri muzeydə yerləşdirilmiş kompozisiya və Daxili Qoşunların tarixini əks etdirən eksponatlarla tanış edib, onlar haqqında dolğun məlumat verib.
 
  Qeyd olunub ki, muzey 2 böyük, 4 kiçik zaldan, muzey fondundan və muzey rəhbərinin iş otağından ibarətdir. Birinci mərtəbədə yerləşən böyük zalda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daxili Qoşunların ilk döyüşə başladığı gün 12 mart tarixinin onun yaranma günü kimi qeyd olunması barədə 9 mart 1995-ci il tarixli fərmanı, «Daxili Qoşunların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş Daxili Qoşunların vəzifələri əks olunmuş lövhələr, qaya parçaları üzərində Qoşunların şəxsi heyətinin döyüş əməliyyatlarında istifadə etdiyi silahlar, Daxili Qoşunların Azərbaycan Demokratik Respublikası dövründə «Yardım alayı» adı ilə mövcud olması barədə məlumatlar və eksponatlar, alaya rəhbərlik etmiş tanınmış ictimai-siyasi xadim Yusif Ziya Talıbzadənin həyatı və fəaliyyəti, 1992-ci ildə Daxili Qoşunların canlı qüvvələrinin Ağdərə, Ağdam və digər rayonların müdafiəsi uğrunda döyüşlərə cəlb olunması barədə Daxili Qoşunların Komandanının əmrləri, zirehli texnikanın müşayiəti ilə manqanın hücuma keçməsi və Daxili Qoşunların respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı iştirak etdiyi bölgələrin göstərildiyi kompozisiyalar, ilk döyüşə cəlb olunmuş 200 nəfərə qədər şəxsi heyətin və hərbi hissənin komandanlığının adlı siyahısı, Füzuli rayonunun Horadiz sərhədyanı yaşayış məntəqəsi uğrunda gedən döyüşlər zamanı 5 nəfər hərbi qulluqçumuzun düşmən texnikası qarşısından çəkilməyərək qəhrəmancasına həlak olma səhnəsi simvolik olaraq göstərilmişdir.
 
  Birinci kiçik zalda Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının şəkilləri, şəxsi əmlakları və döyüşlər zamanı istifadə etdikləri ləvazimatlar əks olunmuşdur. Həmçinin burada Daxili Qoşunların əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi xüsusi əməliyyatlar, xüsusi-taktiki təlimlər, 1999-cu il tarixdə Qobustan qapalı islah əmək müəssisəsində və 2005-ci il tarixdə 11 saylı islah əmək müəssisəsində keçirdikləri xüsusi əməliyyatlar və həmin tədbirlərdə istifadə olunan xüsusi vasitələr, geyim dəstləri və s. eksponatlar, həmçinin Daxili Qoşunların inkişafını əks etdirən fotoşəkillər lövhələrdə yer almışdır.
 
  İkinci kiçik zalda isə Daxili Qoşunların Ağdam, Ağdərə və Füzuli rayonlarının müdafiə edilməsində döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əmlaklar, döyüşlər zamanı istifadə olunmuş rabitə avadanlıqları və s. ləvazimatlar yerləşdirilmişdir.
 
  Bundan əlavə, Daxili Qoşunların Beynəlxalq əlaqələrinə həsr edilmiş tədbirlər və görüşləri əks etdirən fotoşəkillər, beynəlxaq təşkilatlar tərəfindən verilmiş eksponatlar, Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyətinə və Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına dair Protokol haqqında 1998-ci il tarixli Respublika Prezidentinin sərəncamı, Ulu Öndərin Azərbaycan-Türkiyə qardaşlıq, dostluq əlaqələri barədə söylədiyi fikirlər, tövsiyələr əks olunmuşdur.
 
  İkinci mərtəbədə olan Böyük zalda Ümummilli Lider Heydər Əliyev və Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdikləri diqqət və qayğını əks etdirən güşə yaradılmışdır. 
 
  Qeyd edək ki, Daxili Qoşunların muzeyində ümumilikdə iki kompozisiya və 650 ədəddən çox eksponat mövcuddur.