17 Mart 2015 Novruz bayramı ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində şəxsi heyətlə görüşü keçirilib

İcra başçısının birinci müavini Şahmar İbadov rayon rəhbərliyinin, Azərbaycan Respublikası Daxili Qoşunlar Komandanının müavini Vidadi Əliyevin və sözügedən hərbi hissənin şəxsi heyətinin qatıldığı tədbirdə çıxış edərək, onları bu gözəl bayram münasibətilə təbrik edib.

02 İyun 2014 Daxili Qoşunların və FHN-nin Qubadakı hərbi hissələrinə baxış keçirilib

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın baş məsləhətçisi Vüqar Heydərov Daxili Qoşunların Baş idarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsinin zabiti Müşfiq Xankişiyev və Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin baş zabiti Rəhman Nuriyevlə birgə Daxili Qoşunların və FHN-nin Mülki Müdafiə Qoşunlarının Quba rayonundakı "N" saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.